Mahsun Bakıya gəlir: 2 gün konsert verəcək
Türkiyənin məşhur müğənnisi Mahsun Qırmızıgül Bakıda konsert verəcək.
Kult.az xəbər verir ki, bu barədə İticket.az saytı məlumat yayıb.
Məlumata görə, konsert 17-18 may tarixində “Bakı Konqres Senter”də baş tutacaq.
Konsert üçün biletlərin qiyməti minimum 50, maksimum isə 400 manatdır.