Ermənistan KTMT-nin “Krokus”la bağlı bəyanatına qoşulmadı
Ermənistan KTMT Parlament Assambleyasının “Krokus Siti Holl”da törədilən terror aktını pisləyən bəyanatına qoşulmayıb.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin sədrinin mətbuat katibi Nelli Qulyan deyib.
“Ermənistan KTMT üzvlüyünü dondurub. KTMT Ermənistan tərəfinə təklif etdi, biz onu rədd etdik”, - Qulyan bildirib.
Qeyd edək ki, KTMT-yə üzv ölkələrin parlament nümayəndə heyətləri birgə bəyanat yayaraq, “Krokus Siti Holl”da törədilən terror aktını pisləyiblər.