Sabah Ramazan ayının 18-ci günüdür.

BUTA.TV xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 28-də imsak vaxtı saat 05:04-də, iftar vaxtı isə 19:15-dədir.

İmsak duası:

Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin.

Tərcüməsi:

İlahi, məni bu ayda Öz səhərlərinin bərəkəti üçün oyat, qəlbimi Öz işıqlarının ziyası ilə nurlandır, bütün əzalarımı o nurun ziyasında sabit qıl. Səni öz nuruna and verirəm, ey ariflərin qəlblərini İşıqlandıran Allah!

İftar duası:

“Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, sənin üçün oruc tutdum və sənin ruzinlə iftar edib, yalnız sənə təvəkkül edirəm!”

Allah orucunuzu qəbul eləsin!