Rusiyanın paytaxtı Moskvada yerləşən "Şuka" ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar təxliyə edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat verib. “Şuka” ticarət mərkəzi partlayış təhlükəsi ilə əlaqədar boşaldılıb, insanlar mərkəzdən təxliyə edilib. Hadisə yerində polis və kinoloqlar işləyir”, - məlumatda qeyd olunub.

Bildirilib ki, bomba xəbərdarlığı barədə məlumat verən şəxsin kimliyi müəyyənləşdirilir.