Qubalı iş adamına Moskvada qiyabi iş kəsildi
Moskvanın Tversk Məhkəməsi Rusiya paytaxtının böyük ticarət mərkəzləri olan "Kolumbus", "Prajski Passaj" və "Armada" mebel mərkəzinin keçmiş həmtəsisçisi Solomon Manaşirovu qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.
"BUTA.TV" Kommersant-a istinadla xəbər verir ki, beynəlxalq axtarışda olan iş adamı hədə-qorxu yolu ilə pul tələb etmə, vergidən yayınma və çirkli pulların yuyulmasında təqsirli bilinib.
Məhkəmə Manaşirovun istintaq zamanı müsadirə edilmiş 141 milyon rubl dəyərində əmlakının müsadirəsi və zərərçəkmiş tərəfin 530 milyon rubl məbləğində mülki iddiasının təmin edilməsi barədə qərar çıxarıb.
Hökm dövlət ittihamçısının tələb etdiyi cəzaya uyğundur.
Azərbaycanın Qırmızı Qəsəbə (Quba rayonu) kəndində anadan olan 55 yaşlı Manaşirova 2016-cı ilin mart ayında ittiham irəli sürülüb. Ona məxsus olan "Karenfor" şirkəti Moskvanın Kirovoqrad küçəsində ticarət mərkəzinə sahib olan vergidən yayınmaqda ittiham olunurdu.
İstintaq müəyyən edib ki, 2012-2014-cü illər arasında şirkət təxminən 978 milyon rubl məbləğində əlavə dəyər vergisi ödəməyib. Prokurorluğun məlumatına görə, vəsaitlər sonradan 18 əlaqəli təşkilat vasitəsilə yuyulub.
Daha sonra qovluğa şantaj işi əlavə edilib. İstintaqın və məhkəmənin məlumatına görə, Solomon Manaşirov böyük qardaşı Gennadi ilə birlikdə iş adamı Januko Rafailov və qardaşı Dondan cinayət ittihamlarından imtina etmələri müqabilində 5 milyon dollar tələb ediblər. Qardaşlar məsələnin həlli üçün Moskva polisi ilə əlaqələrindən istifadə etmək niyyətində olublar.
2015-ci ilin noyabr ayında Rafailov FSB-yə müraciət etdikdən sonra 2 müstəntiq və vasitəçi kimi çıxış edən Gennadi Manaşirov 2 milyon rubl məbləğində ilk hissənin köçürülməsi zamanı saxlanılıb. 2018-ci ildə sxemin iştirakçıları korrupsiya cinayətlərində məhkum ediliblər.
Daha sonra Gennadi Manaşirov rüşvət və şantaj ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. 2026-cı ilin sentyabr ayında onun məhkəməsi də qətl ittihamı ilə başlayəb və müstəntiqlər bunun təxminən 24 il əvvəl qan davası zəminində törədildiyini düşünülür.
Solomon Manaşirov Rusiyanı 2016-cı ildə tərk edib və o vaxtdan bəri xaricdədir. Onun İsrail pasportu var.
İlham Əliyev Türkiyəyə səfər edəcək