Axmaqcasına nəyisə dəyişə biləcəyimi hesab edirdim. Sözün əsl mənasında rusların ayaqlarına düşərək deyirdim: “Axı biz sizin qardaşlarınızıq, müttəfiqlərinizik, bu müharibəni dayandırın”.

BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan İkinci Dünya Erməni Sammitində Qarabağ müharibəsi zamanı Rusiyaya səfərindən danışarkən deyib.

Həmin vaxt Rusiyaya səfər etməsindən təəssüfləndiyini bildirən Simonyan Moskvanın müharibənin dayandırılması istiqamətində heç bir təsirli addım atmadığını qeyd edib.

Hakan Fidan iddiası və daxili məsələləri - Azərbaycana bağlamaq cəhdi Hakan Fidan iddiası və daxili məsələləri - Azərbaycana bağlamaq cəhdi