Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Stavropol diyarında insanların kütləvi toplaşdığı məkanda terror aktı törədilməsinin qarşısını alıb.

BUTA.TV xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilib ki, terakt planını Mərkəzi Asiya ölkəsindən olan 3 nəfər hazırlayıbmış:

“Federal Təhlükəsizlik Xidməti Stavropol diyarında insanların sıx toplaşdığı yerlərdən birində partlayış törətməklə terror aktı icra etməyi planlaşdıran Mərkəzi Asiya ölkələrindən birinin üç vətəndaşının terror fəaliyyətinin qarşısını alıb", - bildirilib.

Saxlanılan şəxslərin yaşayış yerindən kustar üsulla hazırlanmış partlayıcı qurğunun hissələri, kimyəvi maddələr və dağıdıcı elementlər götürülüb.