"Qalatasaray" "Qarabağ"ı təbrik etdi - Foto
"Qalatasaray" klubu "Qarabağ"ı çempionluq münasibətilə təbrik edib.
BUTA.TV xəbər verir ki, klubun X səhifəsində bununla bağlı paylaşım edilib.
“Can Azərbaycanda çempion olan “Qarabağ” FK-ni təbrik edirik”, - deyə bildirilib.
Qeyd edək ki, “Qarabağ” “Kəpəz”i məğlub edərək 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib.