Gürcüstan sərhədində 4 mindən çox yük maşını gözləyir
4 mindən çox yük maşını Rusiya-Gürcüstan sərhədindəki Verxni Lars keçid məntəqəsində növbə gözləyir.
BUTA.TV xəbər verir ki, bu barədə Şimali Osetiya Yol Hərəkətini İdarəetmə Mərkəzi bildirib.
"Sputnik Gürcüstan"ın məlumatına görə, hazırda Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti sərbəstdir.
Bildirilib ki, Rusiya tərəfdən Gürcüstana daxil olmaq üçün ümumilikdə 4132 yük maşını gözləyir.