Bu qida həm ucuzdur, həm də sıfır kalorilidir, hər gün rasiona daxil edilməlidir.

BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, kahı yarpaqları, salat yarpaqları kimi tanınan yarpaqlı tərəvəz müxtəlif rəngdə, formada ola bilər.

Bu yarpaqlara çoxlu vitamin və faydalı maddələr var:

A vitamini – immunitetin funksiya göstərməsində rol oynayır.

K vitamini – sümüklər və qan laxtalanması üçün;

B9 – fol turşusu qanazlığına qarşı, onurğa iliyi və sinir sistemi üçün vacibdir.

C vitamini və kaliy, fenol turşusu və flavonoidlər hüceyrələri zədələnmədən qoruyur.

Hər gün rasiona salat yarpaqları əlavə etmək bir çox xərçəng və ürək xəstəliklərindən sizi qoruya bilər.

2019-cu ildə alimlərin apardığı araşdırmalara görə, çox miqdarda çiy tərəvəz və yaşıl yarpaqlılar psixi sağlamlığı qoruyur və depressiya simptomlarını azaldır.

Alimlər yaşıl yarpaqları psixi sağlamlığa faydalı 10 ərzağın siyahısına daxil ediblər.