Bakının Yasamal rayonunda 74 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

BUTA.TV xəbər verir ki, hadisə 1950-ci il təvəllüdlü Vera İvanovna Binyatovanın yaşadığı evdə hamam otağında çimərkən qeydə alınıb. Mərhum həmin vaxt evdə olan nəvəsi tərəfindən ölmüş vəziyyətdə aşkar edilib.