TIR maşının üzərinə aşdı: 4 ölü, 3 yaralı
Türkiyənin Çankırı vilayətinin Çerkeş rayonunda TIR minik avtomobilinin üzərinə aşıb.
BUTA.TV xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Hadisə İstanbul-Samsun avtomobil yolunun Göynükcukuru kəndindən keçən hissədə baş verib.
Qəza nəticəsində 4 nəfər ölüb, 2-si polis olmaqla 3 nəfər də yaralanıb.