Qazaxın 4 kəndinin təhvil verilməsindən sonra Kirants və Berkaber kəndləri üç tərəfdən mühasirəyə düşəcək.

BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, bu barədə iranşünas Vardan Voskanyan öz Teleqram kanalında yazıb.

Onun sözlərinə görə, nəzarətə götürüləcək ərazilərdə Berkaberi təhdid edən və Coğazi su anbarından (Coğazçay su anbarı - red.) yenidən tam istifadəni mümkünsüz edən iki döyüş mövqeyi olacaq.