Odessa heç vaxt Krım kimi Ukraynanın bir hissəsi olmayıb.

BUTA.TV xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor deyib.

Makqreqor bildirib ki, orada rusdilli əhali yaşayıb:

“Münaqişənin əvvəlindən aydın idi ki, Rusiya tarixən ruslar yaşayan ərazilərdən keçəcək. Qərbin Moldova, Rumıniya və ya Polşa tərəfindən münaqişəyə müdaxiləsi nəzəri olaraq mümkündür. Ancaq bu halda Kreml NATO-nun Qərbi Ukraynada olmasına dözməyəcək”, - Makqreqor bildirib.

O iddia edib ki, Qərb Rusiyanın Odessanı işğal etməsinin qarşısını ala bilməyəcək.