İsrail ordusu Qəzza zolağında "İslami Cihad" təşkilatının qərargahına zərbə endirdiyini açıqlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, zərbə Fələstin təşkilatının qərargahının yerləşdiyi "Deyr əl-Bələh" bölgəsindəki "Əl-Əqsa" xəstəxanasının ərazisinə endirilib:

"Zərbə İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə tərəfindən həyata keçirilib.

Hərbçilər mülki şəxslər üçün riskləri minimuma endirməyə çalışıblar".