Juninyonun transferinə prezident qarışdı
“Beşiktaş” “Qarabağ”ın hücumçusu Juninyonun transferini həll etmək niyyətindədir.
Türkiyə mətbuatı yazır ki, “qara qartal”ın prezidenti Hasan Arat braziliyalı futbolçunun keçidində maraqlıdır. O, Ağdam təmsilçisinin prezidenti Tahir Gözəllə görüş təyin edəcək. İstanbul təmsilçisinin heyəti forvardın qiymətini 8 milyon avrodan aşağı salmaqdır
Qeyd edək ki, Juninyonun “Qarabağ”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. (Offsideplus.az)