Məşhur müğənni milyarderlər siyahısına daxil oldu
Amerikalı müğənni Teylor Svift ilk dəfə milyarderlər siyahısına daxil edilib.
Kult.az xəbər verir ki, Sviftin sərvəti 1,1 milyard dollar dəyərində qiymətləndirilir.
Qeyd edək ki, müğənni 2023-cü ilin oktyabrında “Eras” turunun uğuru və musiqi kataloqunun artan dəyəri sayəsində milyarder olub.