Müğənni Şöhrət Məmmədov ölkədən getməsi ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

“BUTA.TV” xəbər verir ki, ifaçı sosial media hesabında paylaşım edərək Hollandiyada yaşamasının səbəbini açıqlayıb.

O bildirib ki, həyat yoldaşı milliyyətcə azərbaycanlı və ya türk deyil, hollandiyalıdır. Bu səbəbdən ölkədən getməsi və orada məskunlaşması üçün heç bir maneəsi yoxdur. Dominos pizza

Müğənni ölkəsini tərk etməsinin qaçmaq və ya incikliklə əlaqələndirilməsini də təkzib edib. O, Azərbaycanda yüksək vəzifəli dövlət qulluqçuları, hərbçilər, polislər və icra nümayəndələri ilə yaxşı münasibətlərinin olduğunu vurğulayıb:

“Nə qaçmışam, nə də küsmüşəm. Hər şey mükəmməldir. Hər şey qaydasındadır”.

Şöhrət Məmmədov vətənə bağlılığını da xüsusi qeyd edib. O, uşaqlığının, ailəsinin, xatirələrinin, hərbi xidmətinin, akademik təhsilinin və şəhidlərin, qazilərin onun üçün Vətəni əvəzolunmaz etdiyini bildirib.

Müğənni bundan sonra həm Hollandiyada, həm də Azərbaycanda yaşayacağını, darıxdığı zaman doğma kəndinə və ailəsinin yanına gələcəyini deyib:

“Qısacası, bildirim ki, mən qaçmamışam. Bu, mənim haqqımdır. Arada darıxanda öz evimə, öz kəndimə gələcəyəm. Mənim orada böyük bir ailəm var. Toylarınızda yanınızda olacağam. Allah qorusun, başınıza bir iş gəlməsin, hər gününüzdə yanınızda olacağam. Bir gün orada, bir gün burada olacağam”.

Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış - Foto Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış - Foto