İsrail Avropa Birliyini (AB) SEPAH-ı terror təşkilatı kimi tanımağa və Hörmüz boğazında gəminin ələ keçirilməsindən sonra İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

BUTA.TV xəbər verir ki, bunu İsrail xarici işlər naziri İsrail Katz deyib.

Nazir İranı Hörmüz boğazında gəminin ələ keçirilməsindən sonra pirat əməliyyatı keçirməkdə və beynəlxalq hüququ pozmaqda ittiham edib.

Qeyd edək ki, İran SEPAH tərəfindən Hörmüz boğazında konteyner gəmisinin ələ keçirildiyini təsdiqləyib.