ABŞ hesab edir ki, İran aprelin 14-də səhər saatlarında Dəməşqdəki konsulluğuna hücuma cavab olaraq İsrailə hücum edə bilər.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ administrasiyasının nümayəndəsi “Əl-Cəzirə” telekanalına məlumat verib.

"İsrailə qarşı genişmiqyaslı hücum ehtimalından dərin narahatıq. İranın sabah, bazar günü səhər tezdən İsrailə hücum edəcəyi ehtimalı yüksəkdir”, - nümayəndə bildirib.