Bakıdan Təl-Əvivə uçuşlar təxirə salındı.

Bu barədə BUTA.TV-a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Məlumata əsasən, saat 09:05 və 18:40-a planlaşdırılan iki reys təxirə salınıb.

Qeyd edək ki, bu gün (14 aprel) İran İsrailə qarşı əməliyyatlara başlayıb.