Azərbaycan İran və İsrail arasında artan gərginlikdən dərin narahatdır.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin X səhifəsindəki paylaşımında deyilib.

"Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq", - məlumatda qeyd olunub.