Serbiya və Fransa 12 ədəd “Rafale” qırıcı təyyarəsinin alınması ilə bağlı müqavilənin detallarının 90%-də razılaşıblar.

BUTA.TV xəbər verir ki, bunu “Faynenşl Tayms” Serbiya müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, tərəflər hələ də müqavilənin bəzi maliyyə şərtlərini razılaşdırmalıdırlar:

“Biz sovet tipli texnologiyaya arxalanırdıq və indi bu texnologiyanı qoruyub saxlamalıyıq. Geosiyasi şəraitə görə bu, indi praktiki olaraq mümkün deyil”, - mənbə Serbiya hökumətinin Rusiyanın MiQ-29 təyyarəsinə deyil, “Rafale” qırıcısına verməsini əsaslandırarkən deyib.