İranın İordaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə İordaniya XİN-in məlumatında deyilir.

Bildirilib ki, İsrailə ötən gecə yüzlərlə PUA və raketi vurmağa yardım etdikdən sonra İordaniyanın mövqeyini sorğulamağı dayandırması barədə İran tərəfinə xəbərdarlıq edilib:

“Biz bütün imkan və bacarıqlarımızla İordaniyaya və iordaniyalıların təhlükəsizliyinə təhdid yaradan hər şeyə qarşıyıq”, – deyə bildirilib.

Qeyd edək ki, İordaniya ölkənin hava məkanını pozacağı təqdirdə İranın dron və təyyarələrini vuracağını açıqlamışdı.