Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanda səfərdədir.

BUTA.TV xəbər verir ki, səfər çərçivəsində Azərbaycanın XİN başçısı özbəkistanlı həmkarı Baxtiyor Saidovla görüşüb.

“Nazirlər Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlərin geniş spektrini, mövcud regional vəziyyəti müzakirə ediblər”, – XİN-in səhifəsində qeyd olunub.