Qazaxıstanda daha bir şəhər təxliyə edilir - Video
Qazaxıstanda sel fəlakətinə görə Petropavl şəhərinin əhalisi evaukasiya edilir.
BUTA.TV xəbər verir ki, bununla bağlı ölkə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, şəhərin 218 mindən çox əhalisi var. Şəhər ölkənin şimalında Rusiya ilə sərhəddə İşim çayının sahilində yerləşir.