Bu gündən etibarən Bakıda və aran regionlarında istiliyin verilməsi dayandırılıb.

BUTA.TV xəbər verir ki, mövcud qanunvericiliyə əsasən, Bakı və aran rayonlarında evlərə, məktəb və bağçalara istiliyin verilməsi noyabrın 15-dən aprelin 15-nə kimi davam edir.

Dağlıq və dağətəyi rayonlarda isə bu, noyabrın 1-də başlayır, mayın 1-nə qədər davam edir.