Rusiya və Tacikistan hərbçiləri birgə ikitərəfli hərbi təlimə başlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimdə 201-ci Rusiya hərbi bazasının dağ, motoatıcı, tank, artilleriya, kəşfiyyat bölmələri, həmçinin hava qruplarının ekipajları iştirak edir.

Tacikistanda keçirilən təlim dağlıq ərazilərdə keçirilir və aprelin 18-dək davam edəcək.