Güclü leysan yağışları Körfəz ölkələri - Oman, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanında ciddi fəsadlara yol açıb.

BUTA.TV xəbər verir ki, hava şəraiti səbəbindən təyyarə reysləri təxirə salınıb, sakinlərə evdə qalmaları barədə xəbərdarlıq edilib.