Putindən çeçen komandirə yüksək vəzifə...
Rusiya Prezidenti Vladimir Putin "Əhməd" xüsusi təyinatlı qüvvələrinin komandiri Aptı Alaudinov Müdafiə Nazirliyinin Hərbi-Siyasi İşlər üzrə Baş İdarəsinin rəis müavini təyin edilməsi haqqında fərman imzalayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında məlumat yayıb.
O bildirib ki, eyni fərmanla Alaudinov Rusiya Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun komandirinin müavini vəzifəsindən azad edilib.