Ermənistan - İran yolu bağlandı
Ermənistan-İran dövlətlərarası avtomobil yolunun (M2) 234-cü kilometrliyi, Ltsen-Tatev hissəsi sel axını nəticəsində bağlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Yol İdarəsinin məlumatında deyilir.
Qeyd olunur ki, hər iki istiqamətdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Avtomobillərin hərəkəti Tatev-Şinuayr-Gorus-Qarakilsə yolu ilə həyata keçirilir.