Mikroavtobus aşandan sonra yandı: 3 ölü, 18 yaralı - Foto
Türkiyənin Adana şəhərində mikroavtobus aşandan sonra yanıb.
BUTA.TV xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 18 nəfər yaralanıb.
Xəsarət alanlardan 7-nin azyaşlı olduğu bildirilib.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Yaralılar xəstəxanaya yerləşdirilib.