İsrailin hərbi kəşfiyyatının rəhbəri general-mayor Aharon Haliva istefa verib.

BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin bəyanatında deyilib.

“Hərbi kəşfiyyat idarəsinin rəisi, general-mayor Aharon Haliva qərargah rəisi ilə razılaşaraq, kəşfiyyat idarəsinin rəisi vəzifəsində oktyabrın 7-də baş vermiş hadisələrə görə məsuliyyət daşıdığı üçün istefa verib”, - məlumatda deyilib.