İrəvanla münasibət yaxşı deyil, amma davam edir... - KTMT
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyəti davam edir.
BUTA.TV xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.
“KTMT ilə təşkilatımıza üzv olan Ermənistan arasında münasibətlər ən yaxşı dövrünü yaşamır. Lakin Ermənistanın təşkilatdakı fəaliyyəti davam edir, gündəmdə olan bütün məsələlər işlək şəkildə həll olunur”, - o bildirib.