Tavuşda aksiya: “Döyüş qardaşlığı”nın 7 üzvü saxlanıldı
Ermənistan İstintaq Komitəsi aprelin 21-də Tavuşda baş verən etiraz aksiyası zamanı “Döyüş qardaşlığı” təşkilatının 7 üzvünün saxlanılması ilə bağlı məlumat yayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Komitəsinin bəyanatında qeyd olunub.
Məlumatda qeyd olunub ki, aprelin 21-i saat 15:50 radələrində “Döyüş qardaşlığı” təşkilatının 3 üzvü mülki şəxslərlə birlikdə Baqrataşen yaxınlığında Axtanak qəsəbəsindəki yolu kəsiblər.
Yolun açılmasını istəyən başqa bir sakinin maşınına hücum edilib.
Həmin vaxt polis onları saxlamağa çalışsa da, buna müvəffəq ola bilməyib.