İrəvanda "Malatiya" bazarında yanğın olub.

BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, yanğın bazarın 3 pavilyonunu əhatə edib.

Hadisə yerinə 6 yanğınsöndürmə heyəti cəlb olunub.