Papikyan fransız deputatla görüşdü
Ermənistan müdafiə naziri Suren Papikyan İrəvanda səfərdə olan Fransa Senatının Ermənistanla dostluq qrupunun rəhbəri Jilber-Lyuk Devinazla görüşüb.
BUTA.TV xəbər evrir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə regional təhlükəsizlik məsələləri və Ermənistan ordusunda aparılan genişmiqyaslı islahatlar müzakirə olunub.