Qazaxıstanda 4,4 bal gücündə zəlzələ olub.

BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmik stansiyalar şəbəkəsi məlumat yayıb.

Zəlzələnin episentri Qazaxıstan ərazisində Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib.

Təlafat və dağıntı barədə məlumat daxil olmayıb.