Biz İranın İsrailə hücumunu bundan daha aydın şəkildə pisləyə bilmərik.

BUTA.TV xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Jozep Borrell İran dövlətinin və SEPAH-ın məsuliyyətə cəlb edilməməsinə dair etirazlara cavab olaraq deyib.

“Biz hökumətimizin İranın İsrailə qarşı hücumunun əleyhinə olduğunumuzu açıq şəkildə ifadə etmişik və bundan daha aydını mümkün deyil”, - o bildirib.

Həmçinin o, İrana qarşı sanksiyaların artacağını vurğulayıb.