İstanbulda PKK-ya qarşı əməliyyat: Çakmak saxlanıldı
Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) və İstanbul Polis İdarəsi PKK/KCK-ya qarşı əməliyyat keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Qeyd olunub ki, əməliyyat nəticəsində İstanbulda PKK/KCK-nın alman strukturunun məsul şəxslərindən olan Saim Çakmak saxlanılıb.