Rusiya BMT Təhlükəsizlik Şurasında kosmosda nüvə silahının yerləşdirilməsinin qadağan olunması haqqında qətnaməyə veto qoyub.

BUTA.TV xəbər verir ki, Rusiyanın TŞ-yə təklif etdiyi düzəlişin qəbul edilmədiyi üçün qətnaməyə veto qoyduğu bildirilib.

Qeyd edək ki, Rusiya sözügedən sənədə "Kosmosda istənilən növ silahın yerləşdirilməsi qadağan olunmalı" məzmununda düzəliş edilməsini təklif edib.