Bakı-Qazax yolunda minik avtomobili yandı
Hacıqabul rayonunda (Bakı-Qazax avtomobil yolunun 80-ci kilometrliyi) “Hunday” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən BUTA.TV-a bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.