Ermənistanla sərhədin delimitasiyasına kənd məsələsindən başlamaq təklifi Bakıdan gəlib.

BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı söyləyib ki, bu gün Azərbaycanla Ermənistan arasında sərhədin 10-12 km-i delimitasiya olunmuş sayıla bilər.

Eyni zamanda, prezident bildirib ki, hər iki tərəf bu məsələyə konstruktiv yanaşma nümayiş etdirib.