Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasının oyununu idarə edəcək.

BUTA.TV xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.

Bildirilib ki, Ə.Ağayev aprelin 28-də baş tutacaq "Panatinaikos" - "Aris" matçına təyinat alıb.

Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Əkif Əmirəli kömək göstərəcəklər. Digər FİFA referisi Kamal Umudlu AVAR-da yer alacaq.

Görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Qeyd edək ki, "Panatinaikos"a türkiyəli baş məşqçi Fatih Terim rəhbərlik edir.