Britaniyanın HMS Diamond esminesi husi üsyançılarının Yəməndən ticarət gəmisinə doğru atdığı raketi vurub.

BUTA.TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps X-də məlumat verib.

"HMS Diamond ekipajı Qırmızı dənizdə və Ədən körfəzində günahsız insanların həyatını xilas etməyə davam edir”, - deyə o bildirib.