Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib.

BUTA.TV xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib.

A.Əliyevin uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi vurğulanıb.

Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.