Bolton: İsrail HƏMAS-ı məhv etdikdən sonra...
İsrail HƏMAS-ı məhv etdikdən sonra diqqətini Hizbullahla qarşıdurmaya yönəldəcək.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, İsraillə Hizbullah arasındakı gərginlik genişmiqyaslı müharibəyə çevrilə bilər və bu, qəbuledilməzdir.