Qəzza ilə bağlı danışıqlarda mühüm irəliləyiş oldu
Misir və İsrail arasında Qəzza ilə bağlı danışıqlarda mühüm irəliləyiş əldə olunub.
BUTA.TV xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İhbariyyə” telekanalı məlumat yayıb.
Adı açıqlanmayan misirli rəsminin sözlərinə görə, Qəzza zolağında atəşkəsin əldə olunması məsələsində Misir və İsrail nümayəndə heyətləri arasında problemin həllinə yanaşmalarda nəzərəçarpacaq irəliləyiş əldə olunub.