Ekvadorun Pastasa əyalətində hərbi helikopter qəzaya uğrayıb.

BUTA.TV xəbər verir ki, məlumatı Ekvador ordusu X hesabında yayıb.

Bildirilib ki, qəza nəticəsində 8 nəfər həlak olub:

"Xilasetmə əməliyyatlarından sonra Mİ 171 E helikopterinin ekipajının və sərnişinlərinin meyitləri aşkarlanıb".

Qeyd olunub ki, helikopter daşqınlardan zərər çəkmiş əhaliyə humanitar yardım çatdırırmış.

Qəzanın səbəblərinin araşdırılması üçün komissiya yaradılıb.

Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək