Zəngəzur vilayətinin Verin Xotanan kəndi yaxınlığında İrana məxsus avtobus qəzaya uğrayıb.

BUTA.TV xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, hadisə zamanı 3 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Qəza yerinə əməliyyat qrupu və iki döyüş-xilasetmə briqadası cəlb olunub.

Avtobusun İrandan gəldiyi bildirilir.